Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb və təşkilata sədrlik Qırğızıstana keçib. SİA-nın məlumatına görə, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib.
"Sammitin yekunları üzrə Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb", - o qeyd edib.
XİN başçısı bildirib ki, Qırğızıstanın ticari-iqtisadi əlaqələr, nəqliyyat-logistika və təhlükəsizlik sahəsində TDT-nin inkişafı ilə bağlı öz baxışı var: “Biz təşkilatın inkişafı üzrə planların uğurla həyata keçiriləcəyinə ümid edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə