Gədəbəydə Elmar Cəfərovun məzarı ziyarət olunub FOTOLAR

11.10.2024-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Kələman kənd sakini Cəfərov Elmar İlham oğlu və Novoivanovka kənd sakini Paşayev Firdovsi Afiq oğlunun şəhadətlərinin dördüncü ildönümləri münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə