"Bunlar hamısı Prezidentin hakimiyyəti dönəmində baş verdi" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 illik prezidentlik dövrü hesab edirəm ki, Azərbaycan dövləti və xalqı üçün kifayət qədər uğurlu bir dövr kimi yadda qaldı. Bu dövr ərzində Azərbaycan dövləti ərazilərin işğaldan azad edilməsi ilə bərabər dövlət suverenliyinin bərpası, iqtisadi inkişafın sürətləndirilməsi, siyasi müstəvidə beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın lazım olan imicinin də formalaşdırmasını da həyata keçirməyi bacardı. Bunlar kifayət qədər önəmli məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Samir Hümbətov sözlərinə belə davam edib: “İqtisadi tərəfin üstünlükləri ondan ibarət idi ki, Azərbaycan dövləti həm ilk müstəqilliyin ilk dövrlərindən 2000-ci illərin əvvəllərinə qədərki dövr ərzində çox ciddi bir inkişaf yolu keçə bilməmişdir. Amma 2003-cü ilə qədər dövr ərzində Azərbaycanın iqtisadi inkişafında müəyyən bir artım olsa da, amma 2003-cü ildən bu günə qədərki dövrdə Azərbaycan büdcəsinin qat-qat çoxalması, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlarının, tərəfdaşlarının, dost və müttəfiq ölkələrin sayının artması bu Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biridir.

Nəzərə almaq lazımdır ki, bugün Azərbaycan 50-yə yaxın ölkədə diplomatik konsulluğu fəaliyyət göstərir. Bu kifayət qədər uğurlu bir rəqəmdir.

Azərbaycan ərazilərini işğaldan azad etməklə bərabər Azərbaycanın beynəlxalq səviyyədə formalaşmış imici tamamilə dəyişdi, yeni bir abu-havaya keçmiş oldu. Bu xüsusi yadda qalan bir haldır.

Azərbaycan İlham Əliyevin hakimiyyəti dövründə BMT-nin qeyri- daimi üzvlərindən biri oldu ki, 2012-2013-cü illərdə Azərbaycan Avropa birinci olimpiya oyunlarına, İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etdi. Ölkəkiz Qoşulmama Hərəkatına 4 il uğurlu bir fəaliyyət sərgilədi. Bunlar hamısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dönəmində baş verdi və təbii ki bu da onun yürütdüyü daxili və məqsədyönlü xarici siyasətinin nəticəsi kimi ortaya çıxır.

Hesab edirəm ki, bütün bunlar bu 21 illik fəaliyyətdə Prezidentin fəaliyyətini çox az bir qismidir. Yəni bu fəaliyyətlə bağlı danışmaq istəsək, bəlkə də günlərlə, saatlarla bu mövzuda müzakirə aparmaq imkanına malikik və o qədər çox əldə edilən uğurlarımız və zəfərlərimiz, imkanlarımız var ki artıq biz onları bir növ belə deyək saymaqla qurtara bilmərik. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu 21 illik hakimiyyətinə qiymət verərkən biz məhz elə bütöv Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, qaçqınlarımızın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qaytarılması, böyük qayıdış prosesinin həyata keçirilməsi və digər bu kimi amilləri xüsusi nəzərə almalıyıq. Bununla da biz Azərbaycan dövləti olaraq kifayət qədər bundan sonra da ciddi uğurlara imza ata bilərdik. Yəni o baxımdan düşünürəm ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bəxti və şansı orada gətirib ki, bugün Azərbaycan dövlətinə, xalqına məhz cənab Prezident İlham Əliyev rəhbərlik edir. Onun daxili və xarici siyasəti, onun konseptual, ideoloji yanaşması Azərbaycan xalqının gələcəyi üçün bir yol xəritəsi olduğunu xüsusilə qeyd etmək lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə