Baş Prokurorluğun kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi və kollektivi oktyabrın 1-də Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə