VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi

VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə