Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Qeyd edək ki, tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB