İtaliyanın müdafiə naziri Azərbaycana səfərə gəlib - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq Azərbaycanda səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə