Gürcüstan nümayəndə heyəti 8 məntəqədə seçkiləri müşahidə ediblər - GÜRCÜSTAN PARLAMENTİ

Gürcüstan nümayəndə heyəti 8 məntəqədə seçkiləri müşahidə ediblər - GÜRCÜSTAN PARLAMENTİ

“Dünən Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etdik. Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq mövcuddur. Məhz bu səbəbdən də Milli Məclis seçkilərində müşahidəçi qismində iştirak etdik”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Gürcüstan Parlament nümayəndələri deyib.

Bildirilib ki, nümayəndə heyəti 8 məntəqədə seçkiləri müşahidə ediblər. Müşahidələr göstərdi ki, bütün seçki prosesi qaydalara uyğun şəkildə həyata keçirilib, səkkiz məntəqənin heç birində qanunsuzluq müşahidə olunmadı. Seçicilər azad şəkildə səsvermədə iştirak edirdi və kənardan heç bir təsir, müdaxilə olmayıb.
Gürcüstan Parlamenti nümayəndə heyəti seçkilərin demokratik, şəffaf şəkildə keçirildiyini bildirib və yeni parlamentə uğurlar arzulayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə