Beynəlxalq müşahidəçilər səsvermə prosesini sərbəst şəkildə izləyirlər

Beynəlxalq müşahidəçilər səsvermə prosesini sərbəst şəkildə izləyirlər

Məntəqəmizdəki seçki prosesini veb-kamera vasitəsilə canlı izləmək mümkündür. Eyni zamanda, beynəlxalq müşahidəçilər buraya gələrək səsverməni rahatlıqla izləyə bilirlər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında 16 saylı Yasamal ikinci seçki dairəsinin 25 saylı məntəqə seçki komissiyasının sədri Kəmalə Sadıxova deyib.

O qeyd edib ki, məntəqə üzrə 1027 seçici qeydiyyata alınıb. “On səkkiz yaşı tamam olan seçicilərimizin sayı on yeddi nəfərdir. Ən yaşlı seçicimizin isə 99 yaşı var”, - deyə K.Sadıxova bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə