“Cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri çox mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Özbəkistan bizim üçün dost, qardaş dövlətdir. Eyni zamanda artıq Azərbaycanla Özbəkistan arasında olan münasibətləri müttəfiqlik əlaqələri olan dövlətlər adlandırmaq mümkündür. Çünki müttəfiqlik haqqında müqavilə imzalanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, 2021-ci ildə Azərbaycan Türkiyə və 2021-ci ilin fevralında Rusiya ilə müttəfiqlik bəyannamələri imzalamışdır: “Özbəkistanla imzalanan sənəd həm hüquqi qüvvəsinə görə üstün hesab olunur, həm də tərəflər arasında strateji münasibətin hazırki səviyyəsini göstərir. Siyasi, iqtisadi, enerji, nəqliyyat, biznes dairələri arasında çox səmimi müzakirələr keçirildi. Biznes strukturları arasında olan birbaşa müzakirələr xüsusilə diqqət çəkdi. Hər iki ölkə lideri sərbəst, açıq şəkildə müzakirələrdə iştirak edərək, fikirlərini bildirdilər. Bu da çox mühüm məsələdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində də bizim əməkdaşlığımız inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələrin çox yaxşı perspektivləri var. Ümumilikdə ölkə rəhbərinin Özbəkistana səfəri çox uğurludur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB