"COP29 möhtərəm, mötəbər bir tədbirdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"COP29 möhtərəm, mötəbər bir tədbirdir. Azərbaycan öz tarixində ilk dəfə olaraq belə bir tədbirə ev sahibliyi edəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
O bildirib ki, dövlət, hökumət, üzərinə məsuliyyət düşən bütün təşkilatlar COP29-un uğurla başa çatması üçün mümkün olanları edirlər: "Bunun şahidi hamıdır. Bugün Bakıya gələn hər bir insan COP29-la bağlı hazırlıqların şahidi olur. Hər şeydən əvvəl hökumət üzərinə düşənləri edir, paytaxtda sıxlıq yaranmasın deyə ilk əvvəl məktəblərlə bağlı, təhsil ocaqları ilə bağlı müvafiq tədbirlər görülür.
İkincisi, yolların səliqəsinə xüsusi fikir verilir, binaların təmirinə xüsusi diqqət yetirilir, bərpa işləri ehtiyac olan yerlərdə aparılır. Ən əsası isə dünya üçün problem olan enerji ilə bağlı nə çətinliklər varsa, nələri aradan qaldırmaq olacaqsa, COP29 bunları sıralayır. Yəni problem məsələ kimi çözüləcək, bu problemin aradan qaldırılması üçün, təbii ki, yollar göstəriləcək.
Artıq kifayət qədər dövlət COP29 tədbirində iştirak etmək üçün razılığını verib və bu diplomatik kanallar vasitəsilə bunlar Azərbaycana göndərilir. Əlbəttə ki, bununla yanaşı bu tədbirə mane olan qüvvələr də var – kifayət qədər çoxdur. Amma Azərbaycanın haqlı işi Azərbaycanın dünya problemlərini çözmək üçün bu problemlərə ev sahibliyi etməsi onu göstərir ki, kimlər mane olmaq istəyirsə, kimlər bu tədbirdə iştirak etmək istəmirlərsə, etməsinlər. Ancaq onlar Azərbaycanın uğurunun qarşısını ala bilməzlər.
Nə üçün? Çünki qalib Azərbaycan təkcə qələbəni özünə aid etmək istəmir, o dünyanın da insanlarının da gələcək fəaliyyəti, gələcək sağlamlığı ilə bağlı hansı problemləri varsa, həmin problemləri həll etmək istəyir.
Bu mənada mən əminəm, ki noyabr ayında keçiriləcək bu tədbir həm Azərbaycanın nüfuzunu, gücünü göstərəcək, həm də dünyanın mövcud problemləri, enerji ilə bağlı problemləri aradan qaldırmaq üçün uğurlu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB