"Biz nəhəng toplantıya tam hazır olacağıq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Biz nəhəng toplantıya tam hazır olacağıq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP29 həqiqətən bəşəriyyət üçün böyük bir əlamətdar görüş, gün olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, rəqəmlər onu göstərir ki, 100-dən çox ölkədən iştirakçı gələcək: "Azərbaycana dövlət rəhbərləri, ölkə rəhbərləri, alimlər, ekspertlər, böyük, nəhəng, nüfuzlu şirkətlərin sahibləri, o şirkətləri idarə edənlər, ekspertlər də gələcək. Yəni aldığım məlumata görə, azı 45-50 min nəfər adam olacaq.

Bakının siması, həqiqətən, sürətlə dəyişilir: təzə yollar, bağçalar yaradılır. Prezident dünən də təzə yolun istifadəyə verilməsi ilə əlaqədar orada iştirak edib. Binalar, küçələr abadlaşdırılır. Bunların hamısı onu göstərir ki, biz bu böyük, nəhəng görüşə, toplantıya tam hazır olacağıq.

Mən düşünürəm, ki bu COP29 bu COP-ların içində ən nəhəng, ən məhsuldar görüş olacaq. Biz hamımız bilirik ki, cənab Prezident artıq bir neçə addımını atıb, xüsusi fond yaradılıb. Bu fonda SOCAR-ın hesabına ilkin 500 milyon dollar pul keçirilib. Deyilənə görə, bir milyarda çatdırılacaq. Yəni istənilən ölkələr bu fondda iştirak edəcəklər. Bu, ümumi bəşər problemidir, bunu bəşəriyyət ən azı üzümüzə gələn 10-15 günün içində həll etməlidir, başqa yol yoxdur. Bu da onu göstərir ki, bütün dünyanın marağı Azərbaycanda, Bakıda olacaq. Artıq hamı buna hazırlaşır.

Azərbaycannın dünyəvi problemlərin həllində həmişəki kimi, ənənəvi formada böyük əməkləri olacaq. Bu məsələlərin həlli üçün böyük səylər qoyulur və bizim üçün çox uğurlu olacaq. Bizim üçün uğurludursa, deməli, bəşəriyyət üçün də uğurludur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə