"Fransanın bütün istiqamətlərdə imicini itirdiyini görürük" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Qeyd etmək lazımdır ki, istənilən idman oyunları, əgər beynəlxalq əhəmiyyət daşıyırsa, ilk növbədə sülhə, əmin-amanlığa, dostluğa, qarşılıqlı əməkdaşlığa töhfə verməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, əgər bu olimpiya oyunlarıdırsa, bunun miqyası daha da genişlənməlidir: "Çox təəssüf ki, tarixən kolonial və niokolonial siyasət yürüdən Fransa, Azərbaycana qarşı son illərdə açıq düşmənçilik siyasəti yürüdən Makron hakimiyyəti Parisdə keçirilən yay olimpiya oyunlarının açılış mərasimində azərbaycanlı idmançıların keçidi zamanı ölkəmizə qarşı növbəti təxribat xarakterli fikirlər səsləndirib. Ölkəmizi "təcavüzkar" adlandırmaqla yenidən Azərbaycana öz məkrli və çirkin siyasətlərini yürütməyə davam ediblər. Əlbəttə ki, 30 il müddətində Azərbaycan torpaqlarını işğala məruz qoyan Ermənistan isə erməni idmançılar keçərkən "dost" və "Fransanın yaxın dostları" kimi adlandırılıblar. Guya, onlara Azərbaycan təcavüz edib. Bu fikirlərin səsləndirilməsi Makron hakimiyyətinin nə qədər çirkin və Azərbaycana qarşı qərəzli, təxribat xarakterli siyasət yürütdüyünü nümayiş etdirməkdədir. Bu, bütün dünya tərəfindən birmənalı olaraq pisləndi. Bir sıra xarici ekspertlər tərəfindən Fransa aparıcısının belə ifadələr işlətməsi birbaşa pislənildi. Fransa hakimiyyətinin nə qədər cılız və uğursuz siyasət apardığını nümayiş etdirdiyini bəyan etdilər. Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Fransa tərəfinin bu müddət ərzində Azərbaycana qarşı məkrli siyasətinin zaman da göstərir ki, heç bir nəticəsi yoxdur. Tam əksinə Fransa nə qədər cılız siyasətin qurbanı olduğunu göstərməkdədir. Belə təxribat xarakterli cılız addımlarla, Azərbaycana qarşı törətdikləri təxribatlarla heç bir təzyiq göstərə bilməyəcəklər. Əksinə Fransa özünü "demokratiyanın beşiyi" adlandırsa da, nə qədər geridə qalmış siyasət yürütdüyünü göstərməkdədir. Fransanın bütün istiqamətlərdə imicini itirdiyini görürük. Digər tərəfdən də Azərbaycan da rəsmi olaraq Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə Fransa telekanalının aparıcısının belə təxribatlara yol verməsi ilə bağlı konkret məsələ qaldırmışdır. İnanıram ki, yaxın gələcəkdə onlar layiqli cəzalarını alacaqlar".
"İkinci tərəfdən də əgər onlar fikirləşirlərsə ki, bununla Azərbaycana hər hansı təzyiq göstərəcəklər, əksinə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə, inamla addımlayır, qüdrətli bir ölkədir və dünyanın bir çox ölkələri ilə, o cümlədən Avropa İttifaqı ölkələrinin bir neçəsi ilə çox sıx əməkdaşlığı var. Biz görürük ki, bu əməkdaşlıqlar gündən-günə daha da şaxələnməkdədir. Fransa isə belə cılız addımlarla özünü növbəti dəfə biabırçı və rüsvayçı vəziyyətə saldı" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB