“Qərbin əsas məqsədi regionda nəzarəti əlinə almaqdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qərbin əsas məqsədi regionda nəzarəti əlinə almaqdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qərbin və Hindistanın Ermənistanı silahlandırmasında hərənin öz maraqları var. Qərb Ermənistanı silahlandırmaqla Rusiyanı Ermənistandan çıxartmağa və İranla sərhədə yerləşməyə çalışır. Hətta Qərb bu istiqamətdə müəyyən nəticələrə də nail olur. Belə ki, Ermənistanda hərbi mövcudluğunu artırmaqda davam edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Qərb əvvəlcə monitorinq misiyası adı altında hərbiçilərdən ibarət kəşfiyyatçı qrupu Ermənistanda yerləşdirə bildi: “Sonra da hərbi yardımlar adı altında hərbi və maliyyə dəstətəyi göstərilir. Hətta ABŞ hərbiçiləri Ermənistanda birgə hərbi təlimlər keçirir və müfadiə nazirliyində öz nümayəndəsini yerləşdirlməsinə nail ola bildi. Ermənistan Qərbin diktəsi ilə KTMT-dən uzaqlaşır, Ruiyanı FTX-nın nəzarət etdiyi sərhəd keçid məntəqələrindən çıxartmağa başlayıb. Belə ki, dünəndən Zvartnos hava limanında sərhəd nəzarəti Rusiyanın əlindən alındı. Qərbin əsas məqsədi Rusiyanı Ermənistandan uzaqlaşdırmaq və regionda nəzarəti əlinə almaqdır.

Hindistanın isə regionda dərin maraqları yoxdur. Sağ millətçi Narendra Mondi Hindistana baş nazir seçilənədək Azərbaycan Hindistan münasibətləri yüksək səviyyədə inkişaf edirdi. Mondi hakimiyyətə gələndən sonra isə Hindistanda etnik münaqişələr dərinləşir, müsəlmanlara qarşı zorakılıq artıb. Hindistanın Pakistanla Kəşmir məsələsinə görə sonu görünməyən münaqişə yaşanır. Azərbaycan isə Pakistanı özünün dostu, qardaşı hesab edir və Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Mondi hakimiyyəti Azərbaycanın Pakistanla yaxın olmasını və Kəşmir məsləsində açıq şəkildə mövqeyini ifadə etməsini həzm edə bilmir. Ona görə də BMT-yə Azərbaycanla bağlı məsələ çıxarılanda Hindistan Ermənistanı dəstəkləyir və Azərbaycanı təcavüzklar adlandırır. Hindistan Ermənisanı silahlandırmaqla və beynəlxalq təşkilatlarda dəstəkləməklə Azərbaycana qarşı olan qərəzini nümaiş etdirir. Yəni, Hindistan Ermənistan yaxınlaşmasının kökündə dayanan əsas səbəbi Azərbaycanla Pakistan arasındakı möhkəm dostluq münasibətlərindən və Kəşmir məsələsində Pakistanı dəstəklədiyimizdən irəli gəldiyini hesab edirəm. Qeyd etməliyik ki, Hindistan Ermənistana silahlar göndərsə də özünün müasir sialhları yoxdur. Bu baxımdan Hindistanın göndərdiyi silahlar Ermnənistana Azərbaycanın üzərində üstünlüyün qazanmasına heç vaxt imkan verməyəcəkdir. Bu, sadəcə Ermənistanda revanşizmin dərinləşməsinə təkan verdiyini hesab edirəm. Amma regionda güc balansı Azərbaycanın xeyrinədir və bundan sonra da Ermənistanı kimin silahlandırmasından asıllı olmayaraq Azərbaycanla döyüş meydanında heç vaxt üz-üzə gəlmək iqtidarında olmayacaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə