Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qaliblərilə görüşüb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Faiq Hüseynov və Vüqar Mamedovla görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə müsabiqə qaliblərinə dövlət qurumu idarəçiliyində qərarların verilməsi, strateji layihələrin icrası, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində məlumatlılıq və bilik-bacarıqların artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünü inkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB