Ermənistanın hərəkətləri məhz öz dövlətçiliyinə ciddi zərbə vuracaq - ŞƏRH EDİLDİ
“Ermənistan hələ də özünün təcavüzkar siyasətinin iflasa uğradığı fikri ilə barışa bilmir. Baxmayaraq ki, reallıq Azərbaycanın qətiyyəti Ermənistanı layiq olduğu yerdə otuzdurub. Amma Ermənistan hələ proseslərin geri dönüşü olacağını düşünür. Xüsusilə Fransa, Kanada, Hindistanın Ermənistanın təcavüzkar siyasətini dəstəkləməsi Ermənistanda fərqli əhval-ruhiyyə yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, Ermənistan sülh danışıqlarını pozmağa, Azərbaycanla danışıqlardan qaçmağa, eyni zamanda sərhəddə vaxtaşırı olaraq atəşkəsi pozmağa çalışır: Lakin bütün bunlar heç bir nəticə verməyəcək. Azərbaycan öz suverenliyi, ərazi bütövlüyünü qorumaq gücündədir və Ermənistanın hərəkətləri məhz öz dövlətçiliyinə ciddi zərbə vuracaq.
Azərbaycan üçün Ermənistanın necə hərəkət edəcəyi o qədər də mühüm deyil. Azərbaycan güclü dövlətdir, öz hüquqlarını qoruya bilir və Ermənistana qonşuluq əlini uzadıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB