“Azərbaycanın fəaliyyəti beynəlxalq birlik üçün örnək rolunda çıxış edir” - ŞƏRH EDİLDİ

“Azərbaycan kolonializmin bütün fəsadlarının aradan qaldırılması üçün çox ciddi mübarizə aparır. Ölkəmizin səyləri beynəlxalq müstəvidə müstəmləkəçilik kimi qəbul edilən siyasətin aradan qalxmasına hesablanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın bu sahədəki fəaliyyəti beynəlxalq birlik üçün bir örnək rolunda çıxış edir: “Bu gün dünyanın ciddi güc mərkəzləri müstəmləkəçilik siyasətinə göz yumarkən, Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə qlobal mübarizənin avanqardı halına gəlib. Bu artıq Azərbaycanda kifayət qədər insan tərəfindən də dəstəklənir.
Neokolonializmin bütün təzahürlərinin aradan qaldırılması üçün Azərbaycan səylə mübarizə aparır. Bizim həm lokal, həm də beynəlxalq təşkilatlar qarşısında neokolonializmə qarşı mübarizə ilə bağlı ortaya qoyduğumuz mövqe təqdir edilir və mövqelərimizin daha da güclənməsinə səbəb olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə