"Hal-hazırda Trampın reytinqi getdikcə artmaqdadır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Birləşmiş Ştatlar imperiyasının imperatorluğunu qorumaq üçün istər respublikaçılar hakimiyyətdə olsun, istərsə də, demokratlar olsun, bu imperiyanın qorunması üçün çalışırlar. Məqsəd kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq dünya siyasətində Amerikanı güc mərkəzi kimi qoruyub saxlamaq üçün sadəcə prezidentlərin dəyişilməsi strategiyanın həyata keçirilməsi üçün taktiki dəyişikliklər aparıla bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.
O bildirib ki, Tramp biznesmendir: "Trampın hakimiyyətə gəlməsi Amerikan imperatorluğunun iqtisadi baxımdan gücləndirilməsinə maraq göstərəcəkdir. Bayden isə onun hərbi yolla gücləndirilməsində maraqlı idi. Nəticə isə eynidir, Amerikan imperatorluğunu qorumaq.
Hal-hazırda Trampın reytinqi getdikcə artmaqdadır. Baydenə nisbətən aparılan sorğuların nəticəsi göstərir ki, Trampın seçilmə şansı böyükdür. Tramp hakimiyyətə gələrsə, Amerikanın xarici siyasətində taktiki baxımdan dəyişikliklər olacaq. Strategiya isə dəyişməyəcək. O ki qaldı Azərbaycanla münasibətə bildiyiniz kimi Azərbaycan şərqlə qərbin birləşdiyi coğrafiyada yerləşir. Uzaq şərqdən gələn dəhliz Azərbaycan üzərindən Avropaya gedir. Eyni zamanda Avropanın üçdə birinin enerji təhlükəsizliyi Azərbaycan üzərində fokuslanıb. Azərbaycanın Avropanın 10 dövləti ilə neft-qaz sahəsində strateji əməkdaşlığı var. Hesab edirəm ki, Trampın hakimiyyətə gəlməsi ilə Azərbaycanla xarici-iqtisadi siyasətdə maraqlar üst-üstə düşəcək. Tramp iqtisadi baxımdan Amerikanın imperatorluğunu gücləndirmək üçün Azərbaycanla əməkdaşlığı gücləndirəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə