Azərbaycan və Pakistan arasında əlaqələr yüksək səviyyədədir. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Pakistanla Azərbaycan arasında qarşılıqlı etimada, etibara, ehtirama və inama əsaslanan ikitərəfli əlaqələr yarandı. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.

Cari ilin 11 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri dediklərimizi bir daha təsdiq edir. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb. İki dost dövlət enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış olması da müdafiə sahəsində əməkdalığın nümunəsi kimi dəyərləndirilə bilər.

Bu gün Pakistan Türkiyədən sonra Azərbaycanın ikinci əsas strateji müttəfiqidir. Həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrə sahib olan ölkələr hər zaman BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda bir-birinə dəstək olmuşdur.

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə