Riyakarlığın yeni bir nümunəsi

AŞPA ilə ABŞ Konqresinin Azərbaycana qarşı yürütdükləri məkrli siyasət və söylənilən fikirlərin üst - üstə düşməsi bu orqanların bir mərkəzdən idarə olunduğunu aydın göstərir. Belə ki, ABŞ Konqresinin 48 üzvü və AŞPA eyni gündə Dövlət katibi Antoni Blinkenə eyni gündə çağırış etmiş və işğaldan azad olunmuş Azərbaycan torpaqlarında “erməni milli irsinin” təhlükə altında olduğunu bildirmişlər. Guya 500 erməni mədəni irsiməhv edilməkdədir və onların qorunması üçün ciddi tədbirlər görülməlidir. Bu çağırış riyakarlığın yeni nümunəsidir və əlbəttə ki, heç bir əsası yoxdur. Çünki işğal altında olmuş Azərbaycan torpaqlarında ümumilikdə göstərilən sayda tarixi - dini abidə yoxdur. Olan abidələrdən isə 67 - si məscid, 144 məbəd, 192-si ziyarətgahlardır ki, onlarda azərbaycanlılara məxsusdur. Mövcud məscidlərimizin 63-ü erməni təcavüzkarları tərəfindən tamamilə dağıdılmış, 4-ü isə yararsız vəziyyətə salınmışdır. Belə olan halda görəsən AŞPA və ABŞ Konqresinin üzvləri hansı faktlara əsaslanır və nədən yersiz iddialarirəli sürürlər? Erməni puluna aldanan və siyasətçi nüfuzlarını alçaldan bu insanlar nə üçün uzun illər işğal altında saxlanılan torpaqlarımızın, dağıdılan şəhər və kəndlərimizin məhv edilən tarixi - dini abidələrimizin taleyi barədə çağırışlar etmir, vicdanlarını dilə gətirmirlər? Təcavüzkara, qatilə dəstək verməklə Azərbaycanın qələbələrini, inkişafına, sülh, azadlıq, əməkdaşlıq mübarizəsinəkölgə salmaq istəyənlər, ermənipərəst mövqe tutanlar yanılırlar və onların saxta çağırışları əhəmiyyətsizdir. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev haqq, ədalət yolundadır, ordumuz, xalqımız birdir. Dövlətimiz və rəhbərimiz beynəlxalq normalara əsaslanan siyasət həyata keçirir. Real faktlar ortaya qoyur, gücünü, birliyini nümayiş etdirir. Diktələrə, yalan təsirlərə, saxta çağırışlara əhəmiyyət vermir və məkrli siyasət yürüdənlərin cavabını vaxtı gələndə öz uğurlu gedişləri ilə verir və haqsızı yerində oturtmağı bacarır. Belə çağırışlar bəşəriyyətin gələcəyinə sayğısızlıq, dövlətin suverenliyinə təhdid, beynəlxalq normalar hörmətsizlik, ilk növbədə ədalətsizlikdir.

Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə