"Ulu Öndərin islahatları nəticəsində "Milli polis" anlayışı formalaşdı" - Bəhruz Məhərrəmov

"İyulun 2-si Polis günü kimi qeyd edilir". SİA xəbər verir ki, bu sözləri deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan polisi öz işini uğurla həyata keçirir: "Müstəqilliyin ilk dövründə polisə münasibət sıfıra enmişdi. Ulu Öndərin islahatları nəticəsində "Milli polis" anlayışı formalaşdı. 2002-ci ildə 3 iyul tarixli nitqində Ulu Öndər Heydər Əliyev dedi ki, Azərbaycan polisinə inanır. Bu gün də ölkəmizə düşmən mövqe tutan şəxslər polisimizə ləkə vurmağa çalışır. Polisin sosial rifahının yüksəldilməsi qarşıda duran əsas məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə