“Azərbaycanda ordu quruculuğuna daim diqqət göstərilir” - ŞƏRH OLUNDU

“Azərbaycan ordusu böyük bir inkişaf yolu keçib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə, torpaqlarımızın işğaldan azad edilməsi və daha sonra ötən il anti-terror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi ilə şanlı və rəşadətli ordumuz öz qüdrətini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, qələbədən sonrakı dövrdə də Azərbaycan ordu quruculuğu məsələsini ölkə siyasətinin əsas mərkəzində saxlayır: “Ölkə başçısı tərəfindən ordu quruculuğu prosesi yüksək sürətlə davam edir. Qələbə qazanmış ordunun bu gün daha da təkmilləşdirilməsi, yeni ordu birləşmələrinin yaradılması, həm də orduda yeni tədirs mərkəzlərinin formalaşdırılması Azərbaycanda ordu quruculuğunun və ordunun gücünün nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Hesab edirəm ki, bu gün ordu quruculuğu və ordudakı inkişafı dövlət rəhbərliyinin siyasi qərarlarında mərkəzlərdən birində dayanır. Azərbaycanda ordu quruculuğuna daim diqqət göstərilir. Dövlət bu məsələni hər zaman təşviq edir. Hesab edirəm ki, bu da bugünkü güclü Azərbaycan ordusunu bütün dünyaya nümayiş etdirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə