"Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir"

"Ulu Öndər Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəli və qətiyyətli diplomatiyasının nəticəsi kimi Azərbaycan Vətən müharibəsindəki Zəfəri ilə öz ərazi bütövlüyünü tam təmin etdi". SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu Qələbədə Azərbaycana Türk dünyasının dəstəyi çox dəyərlidir: "Hazırda qlobal problemlər fonunda Türk dünyasının birliyi daha vacibdir. Türk dünyası daha da güclənir və bu, reallıqdır. Ortaq hədəflərin ortaq məqsədlərə çevrilməsi yolunda görüləcək işlərimiz çoxdur. Türk dünyasının qarşısında geniş perspektivlər dayanır. Bu perspektivlərin reallaşdırılması istiqamətində daha sıx və səmərəli əməkdaşlığımızı gücləndirməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə