Naxçıvan istiqamətindəki mövqelərimiz yenə atəşə tutulub

Naxçıvan istiqamətindəki mövqelərimiz yenə atəşə tutulub

İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə