“Paşinyan hakimiyyəti ölkədə gedən proseslərə nəzarət edə bilmir“ - ŞƏRH EDİLDİ
“Ermənistanda baş verən hadisələr ondan xəbər verir ki, artıq ölkədə çox ciddi siyasi böhran yaşanır. Paşinyan hakimiyyəti ölkədə gedən proseslərə artıq nəzarət edə bilmir. Eyni zamanda Paşinyanın sülh mesajları verməsinə rəğmən paralel olaraq Ermənistan ordusu Azərbaycanın Naxçıvan bölgəsini atəşə tutur, hərbi təxribatlar törədir. Bu isə Paşinyanın hətta orduya belə nəzarət edə bilmədiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.
S.Kərimli bildirib ki, son günlər xarici qüvvələrin birbaşa diqtəsi ilə idarə olunan kütləvi etiraz aksiyalarının dağıdılmasında təbii olaraq Paşinyan hakimiyyəti çox sərt tədbirlər həyata keçirirlər: “Aksiya iştirakçıları ilə polis arasında ciddi qarşıdurmalar var, hətta kütləvi həbslər olur. Amma maraqlıdır ki, Qərbin müəyyən siyasi dairələri Ermənistanda polis zorakılığına, insan haqlarının pozulmasına heç bir reaksiya vermir, münasibət bildirmirlər. Bunun da səbəbi məlumdur. Çünki dünyada insan haqları və demokratiya pərdəsi altında öz məkrli planlarını həyata keçirən Qərb dairələri daim digər ölkələrin daxili işlərinə qarışır, onlarla bağlı bəyanatlar səsləndirir, təzyiqlər göstərməyə çalışırlar. Amma Ermənistana gəldikdə isə susurlar. Çünki onlar Ermənistana daim arxa-dayaq olub, havadarlıq ediblər. Bu gün də təəssüf ki, bu standartlar siyasətinin şahidi oluruq.
Bu hadisələr Azərbaycanda baş versəydi, dünyanın müəyyən siyasi dairələri, insan haqları adı altında çıxış edən dövlətlər dərhal Azərbaycana qarşı bəyanatlar verəcək, qərəz nümayiş etdirəcəkdilər. Amma bu gün sözügedən proseslər Cənubi Qafqazda bir neçə ölkədə baş versə də, Qərb, Avropa dairələri yenə də susurlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB