"Heydər Əliyev Azərbaycan vətəndaşına Vətəni sevməyi, milli mənsubiyyətimizlə fəxr etməyi öyrətdi" - Bəhruz Quliyev
"Tələbələr üçün Ümummilli Lider Heydər Əliyevi yaxından tanımaq, dərk etmək çox vacibdir". SİA xəbər verir ki, bu sözləri SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev 15 İyun Milli Qurtuluş Günü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Media Qrupunun rəhbərinin sözlərinə görə, tələbələr bilməlidirlər ki, biz nədən xilas olduq: "Biz çörək növbələrindən, xaosdan, anarxiyadan, dağılmaqda olan Azərbaycandan qurtulduq.
Ölkə ziyalıları Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan xilas etmək üçün 1992-ci ilin oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Ümummilli liderimiz Heydər Əliyevə "Azərbaycan sizin sözünüzü gözləyir" adlı tarixi müraciət etdilər. Ulu öndərin bu müraciətə 1992-ci il 24 oktyabr tarixli cavabı da “Səs” qəzetində dərc olundu. Heydər Əliyevin "Yeni, müstəqil Azərbaycan uğrunda" başlıqlı tarixi cavabı beş bənddən ibarət idi. Bu müraciətdə həm Azərbaycanın düşdüyü mürəkkəb vəziyyət, həm də çıxış yolları göstərilirdi. Ulu Öndər ölkəni fəlakətdən, dağılmaqdan qurtarmaq üçün birinci atəşkəsə nail olmaq, ikinci fundamental iqtisadi platformaların həyata keçirmək, üçüncü qanunların aliliyini rəhbər tutmaq, insan hüquqlarının qorunmasını təmin etmək, dördünücü dövlət idarəçiliyində kadrların yerləşdirilməsində bacarıqlı kadrlara üstünlük vermək, milli dövlətin yaranması və güclənməsi prosesində siyasi mənsubiyyəti kənara qoymaq, beşinci dövlətçiliyimizə qarşı yönəlmiş dağıdıcılıq meyillərinə son qoymaq və Azərbaycanımız uğrunda dini və etnik mənsubiyyəti kənara qoymaq və azərbaycançiliq ideyası uğrunda birləşməyi vacib hesab edirdi.
Çox təəssüflər olsun ki, bu konsepsiyaya əməl edən lider yox idi. Ona görə də xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə gəldi. O, Azərbaycan vətəndaşına Vətəni sevməyi, milli kimliyini, milli mənsubiyyətlə fəxr etməyi öyrətdi".
Bəhruz Quliyev deyib ki, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Bildirib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Onun irsini davam etdirən, dünyada ən yenilikçi lider kimi, Qalib Sərkərdə kimi adını qızıl hərflərlə tarixə yazan müzəffər Ail Baş Komandan İlham Əliyev isə Azərbaycan xalqına tarixi zəfər yaşadıb:"Məhz İlham Əliyev Xalqı "Qalib" statusuna qovuşdurdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB