"Bir millət, iki dövlət" anlayışı ilə hər zaman bərabər olacağıq - Türkiyə MN

"Bir millət, iki dövlət" anlayışı ilə hər zaman bərabər olacağıq - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"İki bədəndə bir can; Türkiyə-Azərbaycan! Azərbaycanlı qardaşlarımızın 28 May - Müstəqillik Günü mübarək. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik", - deyə paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə