Parisdən NÖVBƏTİ SAYIQLAMALAR - TƏHLİL

Parisdən NÖVBƏTİ SAYIQLAMALAR - TƏHLİL

Azərbaycana qarşı növbəti dəfə həyasızcasına hücuma keçən Fransa özünü həqiqətən də Ermənistanın “böyük bacısı” kimi göstərməkdədir. Bu dəfə də Paris bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransını boykot etmək xəyalındadır. Belə bir sərsəm fikri Hauts-de-France Regional Şurasının sədri, keçmiş nazir və Fransa Milli Assambleyasının deputatı Ksavye Bertran səsləndirib, hansıki bununla özünün ermənipərəstliyini, yaltaqlığını, eləcə də ölkəmizə qarşı məkrli niyyətinin olduğunu ifşa etmiş olub.

Ölkəmizə qarşı təxribat xarakterli bəyanatlar səsləndirməsi ilk dəfə deyil

“Yeni Kaledoniyada da bir mövzu var-Azərbaycanın rolu, hansıki bizim Ermənistanı qorumaq üçün Ermənistanla birgə mübarizə aparmağımızı bəyənmir. Buna görə də bizdə sabitliyi pozmağa çalışırlar. Onlar əməllərinə görə cavab verməlidirlər. Bunun fonunda COP29 Bakıda keçiriləcək, hansıki bu, sırf qalmaqaldır. Azərbaycanın iştirakı ilə Yeni Kaledoniyada baş verənlər bizi onu deməyə vadar etməlidir ki, Fransa Bakıda keçiriləcək bu COP29-da iştirak etməyəcək”, deyə Bertran sayıqlayıb. Məsələ burasındadır ki, sayıqlayan təkcə Ksavye Bertran deyil və onunla eyni dərəcədə ikiüzlü olanlar da özlərinin axmaq, məntiqsiz fikirlərini bildiriblər. Məsələn, Paris merinin müavini Arnaud Nqaçi kimi bir ikiüzlü də belə sayıqlayanlardandır. “Artıq bir neçə aydır ki, biz Parisin meri Ann Hidalqo ilə birlikdə Bakıda COP29-u boykot etməyə çağırış edirik. Mən Azərbaycanda keçiriləcək beynəlxalq iqlim konfransında iştirak etməmək təklifini dəstəkləmək barədə yekdil qərardan məmnunam”, deyə həmin ikiüzlü Arnaud Nqaçi heç utanmadan bu sayıqlamasını X sosial şəbəkəsində paylaşıb.

Bizim hamımıza bəllidir ki, Bertranın ölkəmizə qarşı qərəzli münasibəti, qərəzli yanaşması var və mövqeyi də çoxdan bilinirdi. Daha dəqiq desək, onun ölkəmizə qarşı təxribat xarakterli bəyanatlar səsləndirməsi ilk dəfə deyil. Xatırladaq ki, bir il əvvəl, daha dəqiq desək, 2023-cü ilin mayında o, yəni, Bertran mövcud olmayan “Artsax”la bəyannamə imzalamışdı və Qarabağ xuntasını dəstəklədiyini də X-də yaydığı məqalədəsində qeyd etmişdi. Bu, təkcə sayıqlama yox, həm də sözün əsl mənasında həyasəzlıqdır. Həmçinin Fransa elitası üçün də beynəlxalq prinsipləri pozmaq deməkdir. O, bunu Afrikada və Yeni Kaledoniyada edir, bundan sonra hələ bir Cənubi Qafqazda da bunu etməyə çalışır. Amma məsələ burasındadır ki, hər yerdə Makronun Fransası uduzur və rəsmi Parisin hansısa xam xəyallara düşməsi axmaqlıqdan başqa bir şey deyil.

Boykot sərsəmləməsi, sayıqlamalar artıq həyasızlığın son həddidir

Əlbəttə ki, Ermənistan-Azərbaycan danışıqlar yolunda irəliləyişdən Fransanın qıcıqlanması açıq-aşkar görünür. Həmçinin, Parisin regionda sabitliyi pozmaq cəhdlərinin istənilən nəticəni verməməsi Makron üçün şəxsi uğursuzluq sayıldığından Fransa hakimiyyəti ölkəmizə qarşı tamamilə aqressivləşib və bu da ilk addımda belə özünü büruzə verilir. Məhz Yeni Kaledoniyada baş verən iğtişaşlara görə Azərbaycana qarşı əsassız ittihamlar da bundan irəli gəlir. Rəsmi Paris hər addımda Azərbaycanı günahlandırmaq, ittiham etmək üçün bəhanə axtarır. Yeni Kaledoniyada baş verənlərlə Azərbaycanın nə əlaqəsi ola bilər? Bunu iddia edənlərin ya əqli problemləri var, ya özlərini axmaq yerinə qoyublar, ya da tamamilə həyanı, abırı düşünmək kimi bir niyyətləri yoxdur. Azərbaycan Yeni Kaledoniyaya Bastion hərbi texnikasını göndərməyib, bu texnikanı Fransa Ermənistana göndərib. Göndərib ki, Ermənistanı Azərbaycana qarşı qızışdırsın və bunun fonunda Yeni Kaledoniya məsələsində Azərbaycanı üzlə ittiham edirlər? Həyasızlığın son həddi deyilmi? Bəli, ölkəmizə qarşı boykot sərsəmləməsi, sayıqlamalar artıq həyasızlığın son həddidir.

İqlim dəyişikliyi ilə mübarizəyə sərmayə qoymaq istəmədiyini birbaşa bəyan etməyə Paris cəsarət etməyib

Bildiyimiz kimi, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi dünyanın inkişaf etmiş ölkələrinə iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün tədbirlərə kifayət qədər vəsaitin ayrılması təklifi irəli sürür. Beləliklə də, COP29-da, inkişaf etmiş ölkələrin ildə 100 milyard dollar cəlb etmək üçün əvvəlki maliyyə öhdəliklərinə əsaslanaraq, cari maliyyə axınının qeyri-kafi olduğu üçün yeni maliyyələşdirmə hədəfinin müəyyən edilməsi planlaşdırılır. Belə görünür ki, Fransa indi həm də müxtəlif bəhanələr və uydurmalarla bundan boyun qaçırmağa çalışır. Təbii ki, rəsmi Parisin niyə bina çalışdığı bəllidir. Əvvəla, kolonial siyasət yürüdən bir ölkə iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına barmaqarası baxır və heç məsuliyyət də hiss etmir. Digər tərəfdən də Fransadakı ağır sosial-iqtisadi vəziyyəti, bu ağır vəziyyəti fonunda eləcə də Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı böyük xərcləri nəzərə alan rəsmi Paris, görünür, iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün maliyyələşməni artırmaqdan yayınmağa çalışır. Sadəcə olaraq, görünən odur ki, bu yekəlikdə Avropa ölkəsinin, Fransanın paytaxtı iqlim dəyişikliyi ilə mübarizəyə sərmayə qoymaq istəmədiyini birbaşa bəyan etməyə cəsarət etməyib. Rəsmi Paris indi yenə də hiyləgərliyə əl ataraq, məhz Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanın “iştirakı” bəhanə etməklə Bakıda COP29-u boykot elan etməyə başlamaqdan başqa heç bir çıxış yolu tapmayıb. Buna isə baykot adı verməkdənsə, Fransanın ağır sosial-iqtisadi vəziyyətinin təzahürü deyilsəydi daha düşgün olardı. Çünki Fransa məhz bu ağır vəziyyətinin fonunda həm də başını götürüb məsuliyyətdən qaçır.

Fransa nümayəndə heyətinin iştirakının olub-olmaması heç nəyi dəyişən deyil

Paris iştirak etsə də, etməsə də, onsuz da COP 29 məhz Bakıda, Azərbaycan paytaxtında keçiriləcək. Fransa nümayəndə heyətinin iştirakının olub-olmaması heç nəyi dəyişən deyil. Əvvəla ona görə ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi var və bu tədbirin də uğurla keçiriləcəyinə kimsədə zərrə qədər də şübhə yeri yoxdur. Eyni zamanda, bu tədbir “yaşıl” iqtisadiyyata keçid strategiyasının məntiqi davamına çevrilərək Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi ölkəmizin gələcək nəsillər üçün daha sağlam gələcəyin qurulması üçün müsbət ekoloji dəyişikliklərə nail olmaq əzmində olduğunun göstəricisidir. Amma Fransa nümayəndə heyətinin bu irimiqyaslı tədbirdə iştirak etməməsi Azərbaycanın maraqları baxımından, həm də qlobal ekoloji təhlükəsizlik baxımından bizim üçün heç nəyi dəyişmir, sadəcə olaraq, Fransanın onsuz da aşağı olan nüfuzuna heç də yaxşı təsir göstərməyəcək. Deməli, Fransada oturub Azərbaycana qarşı boykot düşünənlər əslində, özlərini, öz ölkələrini boykot etmiş olurlar və çətin duruma salırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə