Xaricdəki “söyüş müxalifəti” arasında qarşıdurma yaranıb ANALİZ

Trol Sadıqlı: “Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm”

Azərbaycan öz iqtisadi- sosial inkişafı, mütərəqqi demokratik quruculuğu, hərbi, siyasi qüdrəti ilə dünyanın ən güclü dövlətlərindən olduğunu nümayiş etdirir. Təbii olaraq əldə olunan uğurlar dostlarımızı sevindirir, düşmənin bağrını yarır. Milli və dövlətçilik maraqlarına düşmən kəsilən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, “Milli Şura”nın üzvü Gültəkin Hacıbəyli, AXCP-nin trolları olan Seymur Həzi, Fuad Qəhrəmanlı, xaricdəki antimilli ünsürlər və digərləri düşmən yanında yer alıb, Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, qazanılan nailiyyətlərə kölgə salmağa çalışırlar. Bu məxluqlar cəmiyyətdə mövcud olan milli birliyimizə xələl gətirmək, insanlar arasında çaşqınlıq yaratmaq, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün hər cür əxlaqa zidd vasitə və üsullardan istifadə edirlər. Bəzən şübhəli məqamlar yaranır ki, bu üzüdönüklər Ermənistanın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirilər. Bəlkə də bu faktı inkar edərlər. Deyə bilərlər ki, ortaya sübut, dəlil qoy. Əgər ölkəmizin iç məsələlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirilərsə və özlərinə yaxın saytlar da dövlətimizin atributlarını təhqir edirlərsə, deməli dolayısı ilə erməni agentura şəbəkəsinə işləyirlər. Əsas o deyil ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq sazişi imzalayıb, üzərinə konkret öhdəliklər götürəsən. Düşmən ölkənin istək və maraqlarına uyğun fikirlər səsləndirmək, dövlətinin əleyhinə statuslar paylaşmaq birbaşa agentura şəbəkəsinə işləmək deməkdir. Nəzərə almaq lazımdır ki, dəfələrlə terror dövləti olan Ermənistanın KİV-ləri Əli Kərimlinin, C.Həsənlinin, xaricə qaçıb oradan Azərbaycan əleyhinə təhqirlər yazana, statuslar paylaşan azərbaycanlı mühacirlərin açıqlamalarını geniş forma da tirajlayıblar.

Trol Sadıqlı təsir altında olduğunu etiraf etdi

Xaricdəki antimilli ünsürlərin bəziləri gec də olsa erməni lobbisinə işləməyin onlar üçün o qədər də uğurlu olmadığını anlamağa başlayıblar. Bu baxımdan da bəzi azərbaycanlı “söyüş müxalifət” təmsilçiləri erməni lobbisinin yaratdığı və maliyyələşdirdiyi şəbəkəni tərk edir. Deyilənlər və yazılanlar bir qədər mübahisə doğursa da hər hal da qeyd olunur ki, antmilli ünsürlərin fəal söyüş söyənlərindən hesab olunan Trol Sadılı şəbəkədən ayrıldığını bəyan edib. Hətta T.Sadıqlı bu barə də özünün “Azad söz” internet kanalında fikirlər də səsləndirb. Deyib ki, etdiyi satqınlığa və xəyanətə görə peşman olub: “Mən kimlərinsə hansısa öz maraqları üçün niyyətlərində yer almaq istəməmişəm. İdarəçiliklə bağlı problemlər varsa, onlar Azərbaycan xalqının öz problemidir. Onu özümüz həll etməliyik. Şəxsən mən utanıram, bir əcnəbiyə idarəçiliklə bağlı şikayətlənim. Mənim xaricdə belə etirazım varsa, düşünürəm ki, bu etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm və edirəm. Baxmayaraq ki, alman, ingilis, rus, ərəb dillərində danışıram və bunu etməyə imkanlarım da var. Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm”.

Göründüyü kimi trol səhvini etiraf edir, lakin çirkin əməlinə görə üzr istəməyə tələsmir. Yəqin ki, açıqladığı peşmançılıq xarakterli fikirlərinə Azərbaycandakı dağıdıcı müxalifətin və xaricdəki “söyüş müxalifəti”nin necə reaksiya verəcəyini gözləyir. Məhz fikirlərinə yanaşmalara uyğun olaraq Trol Sadıqlı nəticə çıxarıb, sonrakı mərhələ üçün mövqeyini bildirəcək. Hələlik isə onu demək olar ki, istər daxildə ki, istərsə də ki, xaricdə ki, şəbəkə üzvləri əqidə yoldaşlarının səhvini etiraf edib geri çəkilməsini normal hal olaraq dəyərləndirmək istəmirlər. AXCP sədr müavini Fuad Qəhrəmanlı Trol Sadıqlının peşman olub, geri addım atmasını onun qorxaqlığı kimi qiymətləndirib. Xaric də küllüklər də, bəzən isə zibilliklər də eşələnən mühacir jurnalist Əfqan Muxtarlı Trol Sadıqlının etirafını yanlışlıq adlandırıb: “ Bu səhvi etiraf etməklə düzəltmək mümkün deyil. Düşünürəm Tural bəy siyasi mühacir statusundan imtina edib vətənə dönməlidir. Daxili problemləri orda daha yaxşı müzakirə edə bilər”. Keçmiş müsavatçı Əfqan Muxtarlı Trol Sadıqlını hədələməyi də unutmayıb. Dolayısı ilə bildirib ki, T.Sadılı Azərbaycanda bəzi şəxsləri jantaj etməklə onlardan pul alıb: “Bir bloger şantaj yolu ilə Azərbaycanda yaşayan bir şəxsdən 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax şantaj etmək yalnız səhv deyil həm də cinayətdir. Xüsusən Avropada bunu bağışlamırlar”.

Əfqan Muxtarlının Trol Sadıqlını hədələməsi təsadüfi deyil

F.Qəhrəmanlının və Ə.Muxtralının Trol Sadıqlını hədələmələri onu deməyə əsas verir ki, T.Sadıqlı səhv əməlinə görə üzr istəməyəcək. Faktlarla onu rüsvay edəcəklərini anladığından yenidən ənənəsini davam etdirəcək. Onu da nəzərə almaq lazımdır ki, Ə.Muxtralı “bir bloger Azərbaycanda bir şəxsi jantaj etməklə ondan 270 min avro alıb” deyərkən söz yox ki, T.Sadıqlıya işarə edir. Bu ittihamın çox ağır olduğunu T.Sadıqlı anlayır. Dərk edir ki, Ə.Muxtarlı və digər şəbəkənin üzvü olan mühacirlər əlavə məlumatlar açıqlasalar o artıq Avropada qala bilməyəcək. Məcbur olacaq ki, Azərbaycana qaçsın. Azərbaycanda isə onu haqqında qaldırılan cinayət işinə görə, hüquq-mühafizə orqanları gözləyir. Ona görə də, əminliklə demək olar ki, Trol Sadılı antimilli ünsürlərin təmsil olunduqları şəbəkənin bütün tələblərini və şərtlərini qəbul edəcək və əski fəaliyyətinə qayıdacaq.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə