“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR
Suraxanı rayonu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatının təqdimatında Suraxanı rayon İcra Hakimiyyətinin, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “Suraxanı OYL" Əməliyyat Şirkətinin birgə tərəfdaşlığı ilə keçirilən “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Yaşıl Dünya: Qlobal İqlim Dəyişiklikləri və Ətraf Mühitin Dayanıqlı İnkişafı Naminə Müasir Çağırışlar, Qarşıya Çıxan Problemlər və Həll Yolları” adlı konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi rəsmi qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib, abidənin önünə tər güllər düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB