İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir - ŞƏRH

Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxmışdır. İki ölkə arasındakı siyasi münasibətlərin və diplomatiyanın möhkəmliyi, bölgədə sabitliyin və sülhün təmin edilməsinə də böyük töhfə verir. Bu mərasimin ən mühüm və təsirli anı ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşmələri idi. 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən Xudafərin körpüsünə Dostluq körpüsü dedi. Mayın 19- da isə iki ölkə başçısının sərhəddə görüşməsini dəyərləndirən ölkə başçısı İlham Əliyev qeyd etdi ki: “ Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”.

Bu tədbir həm İran-Azərbaycan münasibətlərinin bərpası və inkişafı, iqtisadi imkanların artması və şaxələnməsi baxımından, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərin də buna əsas yaradır: “ İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”. Ölkə başçısı qeyd edib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”. Azərbaycan Prezidentinin fürsətdən istifadə edərək sülh yolu ilə nizamlanma məsələsi ilə bağlı növbəti dəfə çıxış etməsi bu məsələnin kəskin aktuallığından xəbər verir. Hələ ki, İrəvanın tutduğu konstruktiv kursa tam etibar etmək olmur. Çünki, biz tez-tez rəsmi İrəvanın ziddiyyətli bəyanatlar verməsinin, yaxud bir şeyi deyib, başqa şeylər etməsinin şahidi olmuşuq.

Dövlət rəsmilərinin də dediyi kimi, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması hə­yata keçiriləcək. Üstəlik, yaxın illərdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Bundan başqa yuxarıda qeyd etdiyimiz fakt üzündən fəaliyyətini da­yandırmış səfirliyimiz də yaxın aylarda açılacaq, Qeyd edək ki, səfirliyimizə hücum edən şəxs artıq cəzalandırıl­mışdır. Rəsmi məlumata görə, iyul­dan səfirliyimiz yeni binada fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin qənaəti belədir ki, Azərbaycan bundan sonra İranla ikitərəfli əlaqələri inkişaf etdir­mək istiqamətində siyasət yürüdəcək. Rəsmi Tehran da bu yöndə addımlarını daha da sıxlaşdıracaq. Region ölkələri bütün pronblemləri öz aralarında həll edə­cəklər. Dövlət başçımız bu qənaəti ilə təkcə uzaq xaricdəki bədxahlarımıza cavab vermirdi, həm də əldə edilmiş müsbət tendensiyaya görə İran rəhbərliyinə təşəkkür edirdi.

Dövlət başçımız mayın 21-də İran İslam Respublikası­nın ölkəmizdəki səfirliyində olarkən hə­min təşəkkürü daha müfəssəl şəkildə dilə gətirdi: “Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlə­rim hər zaman məndə çox böyük təəs­sürat izi buraxırdı. Onunla son görü­şüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq”. Ancaq, çox təəssüf ki, gələcək la­yihələrin icrasını görmək mərhum Pre­zidentə nəsib olmadı. Dövlət başçımı­zın fikrincə, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yadda­şında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqı­nın böyük dostu kimi qalacaq.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə