Qərbi Azərbaycan Televiziyasının binasının açılış mərasimi keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, açılış mərasimində İcma rəhbərliyi, tanınmış ictimaiyyət nümayəndələri, deputatlar Əziz Ələkbərli, Hikmət Babaoğlu, Naqif Həmzəyev iştirak edirlər.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri, İcmanın sözçüsü Ülviyyə Zülfiqar jurnalistlərə açıqlamasında bildirdi ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir.
Açılışın rəmzi xarakteri olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə