“Fransa terror vasitəsilə ziddiyyət yaratmağa çalışıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Afrikada genişmiqyaslı terror aktları törədən, Parisə tabe olmayan siyasətçiləri məhv edən Fransa terrorçu simasını gizlədə bilmir. Bu dəfə Rusiyada Azərbaycan əsilli iş adamına məxsus məkanda baş vermiş terror hadisəsində Fransa xüsusi xidmət orqanlarının adı hallanır. Bu da təsadüfi deyil. Əsas məqsəd Bakı ilə Moskva arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini-etnik zəmində ziddiyyət yaratmaq olub. Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini D.Medvedevin açıqlaması da göstərir ki, Rusiyanın aidiyyatı strukturlarının bu barədə daha dərin məlumatları var. Yeri gəlmişkən, Fransanın Moskvadakı səfiri də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və xəbərdarlıq edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayev deyib.

“Məlumdur ki, rerror aktından dərhal sonra Makron Fransa Təhükəsizlik Şurasının təcili iclasını keçirərək, “Rusiyada terror aktı törədən “İŞİD-Xorasan qruplaşması Fransada da terror hücumlarına cəhd edir” məzmunlu açıqlama vermişdi.

Ümumiyyətlə, Fransanın beynəlxalq terrorizmlə hər zaman sıx əlaqələri olub. Suriyada vaxtı ilə fəaliyyət göstərən və bu yaxınlarda Türkiyə kəşfiyyatı tərəfindən ifşa edilən, Fransaya məxsus sement zavodunun İŞİD-i maliyyələşdirməsi təsdiqini tapan faktlardandır. Eyni zamanda Fransa illərdir erməni terrorizminin əsas dəstəkçilərindəndir və ASALA-nın əsas mərkəzlərindən biridir. Təsadüfi deyil ki, “Erməni azadlıq hərəkatı”, “Orli qrupu”, diplomatların oğurlanamsı ilə məşğul olan “Gənc ermənilər ittifaqı” kimi terror təşkilatları məhz Fransada yaradılıb. Yəni azərbaycanlılar və türklərə qarşı yaradılan bu terror təşkilatlarının rahat fəaliyyəti üçün ən münbit şərait hər zaman Fransada olub. Fransada türk diplomatlarına qarşı törətdiyi terror aktlarına görə ömürlük həbs cəzası alan ASALA üzvlərinin 2020-ci ildə muzdlu dəstəsi ilə birlikdə Qarabağa gəlməsi də məhz Fransanın dəstəyi ilə mümkün olmuşdu”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə