"Azərbaycanda rəhbər şəxslərin əvəzolunma prosesi davam edir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
Kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir. Düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Bu gerçəkliklərin fonunda Azərbaycanda son vaxtlar dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafının idarəetmədə səmərəliliyinin artırılması təmin olunub. Bu məqsədlə dövlət idarəçiliyinin və dövlət qulluqçularının davamlı peşəkar təliminin və normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir.
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur. SİA mövzu ilə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.
O bildirib ki, kadr siyasəti əslində ona yönəlib ki, idarəetməyə yeni, cavan kadrlar gətirilsin: "Xaricdə təhsil alan kadrlara üstünlük verilir və digər tərəfdən onların müasir dünya təhsil sisteminə uyğun təhsil aldıqları nəzərə alınır. Bir çox hallarda bu insanlar müəyyən dərəcədə təcrübədən keçmiş insanlardır. Müxtəlif sahələrdə Azərbaycanda fəaliyyət göstəriblər. Yəni həm xaricdə təhsil alan, həm də Azərbaycanda iş təcrübəsi olan insanlar ön plana çəkilir. Bu da ondan xəbər verir ki, Azərbaycanda rəhbər şəxslərin əvəzolunma prosesi davam edir. Artıq yaşlı insanlar, köhnə zamanlarda formalaşan insanlar öz yerlərini cavan kadrlara verirlər. Bu proses də idarəetmə sisteminin yenilənməsi çərçivəsində baş verir. Obyektiv olaraq bunu demək lazımdır. Düşünmək olar ki, müəyyən illərdən sonra yeni kadrlar da təcrübə toplayaraq, təhsil bazasını istifadə edərək ölkəyə xeyir gətirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB