Gələn həftə Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə ediləcək
Milli Məclisdə “Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında” hesabatının müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib. SİA-nın xəbərinə görə, hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirə olunacaq.
Toplantıya Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, qurumun rəsmiləri və deputatlar qatılacaq.
Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB