“İnsan hüquqlarının qorunmasında Azərbaycan nümunəvi dövlətdir” - DEPUTAT DANIŞDI

“İnsan hüquqlarının qorunmasında Azərbaycan nümunəvi dövlətdir” - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasında insan hüquqlarının etibarlı qorunması üçün kifayət qədər zəngin normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan və müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunduqdan sonra insan hüquqlarının qorunması sahəsində hüquqi bazanın formalaşdırılması və inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində olub. 1995-ci il noyabrın 12-də ölkəmizdə qəbul olunan Konstitusiyada insan hüquq və azadlıqlarının həyata keçirilməsi istiqamətində aydın müddəalar əksini tapıb. Konstitusiyanın üçdə biri insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. Bunun özü Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində iradənin mövcudluğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, 1998-ci il fevral ayında Ümummilli Lider Heydər Əliyev tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında fərman imzalanıb: “Bunun özü də, Konstitusiyanın qəbul olunmasından sonra belə bir fərmanın imzalanması da ölkəmizdə insan hüquqlarına verilən önəmi vurğulayır.

Həmin ilin 18 iyun tarixində Ulu Öndərin sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı da təsdiqlənmişdir. Bu proqram çərçivəsində insan hüquqlarının qorunması sahəsində daha səmərəli nəticələrin əldə olunması üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi dövründə də insan hüquqlarının qorunması istiqamətində normativ hüquqi bazanın davamlı olaraq təkmilləşdirilməsi müşahidə edilib. Bütövlükdə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi dönüş baş verib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə