Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edib

Azərbaycanın səfiri Rəşad Novruz etimadnaməsini Ekvador Prezidenti Daniel Noboaya təqdim edib. SİA xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən etimadnaməmi Ekvador Prezidenti Daniel Noboaya təqdim etmək və ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bu ölkənin xarici işlər naziri Qabriela Sommerfeld ilə məhsuldar danışıqlar aparmaq şərəfinə nail oldum. Azərbaycanın səfiri olmaqdan qürur duyuram”, - paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə