"Fransa revanşist əhval-ruhiyyəsi yaradaraq Ermənistanı "ürəkləndirməyə" çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransa revanşist əhval-ruhiyyəsi yaradaraq Ermənistanı "ürəkləndirməyə" çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransanın Cənubi Qafqaz siyasətindəki imperialist maraqların təzahürləri regionun təhlükəsizlik konyukturasında köklü dəyişikliləri hədəfləyərək ciddi təhdidlər formalaşdırır. Hüququn aliliyi, bərabərlik və ədalətli yanaşma kimi ümumi dəyərləri gözardı edərək işğalı və içğalçını açıq şəkildə dəstəkləyən Fransanın məkrli maraqlarının icrasında Ermənistanın “alət” funksiyasını yerinə yetirməsi isə bu təhdidləri daha da təhlükəli hala gətirib çıxarır. Çünki Fransanın drijorluğu ilə idarə olunan Ermənistanın sülhü imitasiya oyununun arxa pərdəsində dayanan məkrli niyyətlərin ssenarisi məhz Yelisey sarayında yazılıb. Hətta bu sərhədsiz riyakarlıq o qədər kəskin xarakter alıb ki, otuz il sükuta bürünənlər bugün öz legitim haqlarından istifadə edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı işğalçı Ermənistanın “təhlükəsizliyi” bəhanəsilə ittihamlar səsləndirməyə belə cəhd edirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, bu əsassız ittihamlarını “əsas” gətirməklə də işğalçını silahlandırır, revanşist əhval-ruhiyyəsi yaradaraq Ermənistanı “ürəkləndirməyə” çalışır və beləliklə də Cənubi Qafqazı yeni “Orta Şərqə” çevirməyə çalışırlar. İstisnasız olaraq bu məsələdə iki əsas məqsəd var: "Birincisi, Azərbaycanın hərbi-diplomatik uğurlarının həzm edilə bilməməsi, ikincisi isə Qərb-Rusiya qarşıdurmasının təzahürlərinin Cənubi Qafqaza daşınması. Ukraynada, Orta Şərqdə və ya Afrikada davam edən qarşıdurmanın genişləndirilərək Rusiyanın sərhədlərinə yaxınlaşması və rəsmi Kremlin Ermənistandakı təsir dairəsinin daraldılması istiqamətində atılan addımlar birləşmiş Qərb üçün regionun sülh və sabitliyindən daha önəmli məsələdir".

Politoloq sözlərinə davam edərək bildirib ki, belə olan halda isə bir tərəfdən Ermənistana sülhü imitasiya oyunu üçün “icazə” verilir, digər tərəfdən də təxribatlarını davam etdirməsi üçün hərbi dəstəklərini əsirgəmirlər: "Nəticə etibarilə, bu ssenarinin Azərbaycan üzərində təsir gücünün olmadığını gördükdə isə bütün bu aqressiv ritorika diplomatik platformadakı çıxışlar və ya şərti sərhəddəki təxribatlarla məhdudlaşdırılmadan bütün istiqamətlərdə nifrət zəminində hücumlara çevrilir ki, Natavanın heykəlinə olan hücum da buna bariz nümunədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə