"Forum əlaqələrimizin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir” - ŞƏRH EDİLDİ

“Fevralın 28-29-da Rusiya Federasiyasında keçirilən XII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib və forum iştirakçılarına ölkə başçısı İlham Əliyevin müraciəti oldu. Burada son illərdə Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşməsi, xoş qonşuluq münasibətlərinin yaranması, sıx əlaqələrin qurulması, iqtisadiyyatın inkişafı üçün atılan mühüm addımlar qeyd olunub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, foruma Rusiya Prezidenti Vladimir Putinin də məktubu ünvanlanmışdır: “Həmin məktubda Putin dünyanın bu cür qarışıq və gərgin zamanında Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişaf etməsi və biri-birimizə dayaq olmağımız, iqtisadi cəhətdən dəstəkləməyimizin vacibliyi vurğulanıb. Eyni zamanda Azərbaycanla Rusiya arasında strateji müttəfiqliklə bağlı 2022-ci ildə saziş bağlanması haqqında da söhbət açılıb.
Doğurdan da, hazırki dövrdə qonşu dövlət olan Rusiya ilə münasibətlərimizin bu cür inkişaf etməsi olduqca mühümdür. Həmçinin Rusiyanın əvvəlki dövrlərdə olduğu kimi Ermənistana dəstək olmaması da diqqətçəkən məqamdır. Keçirilən forum Rusiya ilə əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə