"Ermənistan yenə də işlənib atılmış əski parçası kimi kənarda qalacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan yenə də işlənib atılmış əski parçası kimi kənarda qalacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Biz bu illər ərzində Ermənistanın Baş naziri Nikol Paşinyanın şantajçı və bir-birinə zidd bəyanatlarını çox eşitmişik". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu bəyanatlar da sonradan öz əksini tapmadı: "Ermənistanın KTMT-də qalmasının nə o təşkilat üçün, nə də Ermənistan üçün o qədər də əhəmiyyəti yoxdur. Vaxtilə Ermənistan bu təşkilata girmişdi ki, işğal etdiyi Azərbaycan ərazilərini işğal altında saxlamaq üçün özünə dəstək qazansın. Həm də o dövrdə Rusiya siyasəti Ermənistan üçün məqbul idi. Ermənistan Rusiyadan bəhrələnərək bizim torpaqlarımızı işğal altında saxlayırdı. Eyni zamanda iqtisadiyyatını da Rusiyanın hesabına qoruyub saxlaya bilmişdi. Amma Ermənistanın bu təşkilata hər hansı töhfəsi olmayıb. Bu təşkilatın Ermənistan üçün bir dəstəyi olacaqmı? Yəqin ki, olmayacaq. Çünki təşkilatın nizamnaməsində göstərilir ki, üzv dövlətlərin hər hansı birinə xaricdən bir təhlükə yaranarsa, onda üzv dövlətlər dəstək verib kömək edərlər. Amma Ermənistana heç bir təhlükə yoxdur. Qonşuluğunda olan heç bir dövlətin onun ərazisinə ərazi iddiası yoxdur. O cümlədən, Azərbaycan da dəfələrlə bəyan edib ki, biz torpaqlarımızı heç kimə vermək niyyətində deyilik. Heç kimin də ərazisinə iddialı deyilik. Bu şantajdır.

Son dövrlərdə qərbin Fransanın timsalında bölgədə yerləşmək siyasətinin güclənməsi, Rusiyanı bölgədən vurub çıxartmağa yönəlmiş bu siyasətdə Ermənistandan maşa kimi istifadə edilməsi göz qabağındadır. Ümumiyyətlə, ermənilər və Ermənistan həmişə tarixən başqa dövlətlər üçün alət olublar. İndiki Azərbaycan ərazilərində Ermənistanın yaradılması da vaxtilə Çar Rusiyasının İran və Osmanlı imperiyasına qarşı siyasətində ermənilərdən alət kimi istifadə edilməsi niyyəti ilə baş tutmuşdu. Ermənilər indi də Fransa, Amerika və bəzi qərb dairələrinin əlində alət kimi istifadə olunurlar, özləri də məmnuniyyətlə istifadə olunmalarına razılıq veriblər. Reallıq başqadır. Cənab Prezident həm Xocalıda çıxışında, həm də ondan sonrakı dünən Almaniyanın nümayəndələri ilə görüşdəki çıxışında da dedi ki, bölgədə situasiyaya biz nəzarət edirik. Bölgənin ən güclü dövləti bizik və bizimlə münasibətləri qurmaq daha faydalı və məntiqlidir, nəinki Ermənistanla. Bu mənada hesab edirəm ki, gec-tez qərb dövlətləri də bu reallığı anlayacaqlar. Ermənistan yenə də işlənib atılmış əski parçası kimi kənarda qalacaqdır. Ona görə bunun o qədər də əhəmiyyəti yoxdur. Amma KTMT Ermənistanı öz sıralarından rədd etməyənə qədər düşünmürəm ki, Ermənistan özündə belə cəsarət tapıb rəsmi şəkildə bu iddiasını ortaya qoysun".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə