“Azərbaycanda belə bir tədbirin keçirilməsi vacib idi” - ŞƏRH EDİLDİ

“Azərbaycanda belə bir tədbirin keçirilməsi vacib idi” - ŞƏRH EDİLDİ

“Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur. Bu cür mühüm təşkilatlar sırasında Asiya Parlament Assambleyası da var. Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının Azərbaycanda keçirilməsi isə ölkəmizin təbliğat imkanlarını artıracaq. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra dünyanın siyasi düzənində İlham Əliyevin mühüm rolunu bütün dünya qəbul edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, qanunvericilik müstəvəsində də hazırki şəraitdə Azərbaycanda belə bir tədbirin keçirilməsi vacib idi: “Çünki AŞPA ilə ölkəmiz arasındakı gərginlik Azərbaycana yeni bir platformanı yaratdı. Bu da məhz Asiya Parlament Assambleyasıdır. Azərbaycan bu mənada daha da güclənəcək. Bizim istənilən istiqamətdə güclənməyimiz üçün kifayət qədər potensialımız var. Görünən odur ki, Azərbaycan bundan sonra daha geniş fəaliyyət göstərir, Azərbaycan həqiqətləri geniş şəkildə dünyaya çatdırılacaq.

Qoşulmama Hərəkatı Azərbaycanın liderliyi ilə bütün dünyada tanındı. Bu fonda Asiya Parlament Assambleyasına da geniş töhfə verəcək və milli maraqlarımızı müdafiə edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə