"İlham Əliyevin Türkiyəyə səfəri türk dövlətləri təşkilatı üçün ənənə yaradacaq” - ŞƏRH EDİLDİ

"İlham Əliyevin Türkiyəyə səfəri türk dövlətləri təşkilatı üçün ənənə yaradacaq” - ŞƏRH EDİLDİ

“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevin ilk xaricə səfərini Türkiyəyə etməsi türk dövlətləri təşkilatı üçün ənənə yaradacaq”. Bu barədə SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, Türkiyədə köhnə sistemdə Prezident və ya Baş nazir, yeni sistemdə Baş nazir, Prezidentin ilk səfəri Azərbaycana, sonra isə Kiprədir: “İndi isə İlham Əliyevin Türkiyə səfəri Türkiyə-Azərbaycan münasibətlərinə yeni rəng qatacaq. Azərbaycanın Cənubi Qafqazda strateji üstünlüyü iqtisadi, siyasi və hərbi əlaqələrlə yanaşı, təhsil sahəsində də layihələr həyata keçirməklə hər sahədə özünü göstərəcək. Növbəti dövrdə Türkiyə-Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalamaqla Cənubi Qafqazda baş verənlərlə bağlı siyasət aparmağa çalışanların bütün planlarını alt-üst edəcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə