Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır - DEPUTAT
Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır. SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin fevralın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı çox sayda vətəndaş narazılığı var: “Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda guya işlərinin çox olduğu və çatdıra bilmədikləri cavabını verirlər. Lakin həqiqətdə belə deyil”.
Q.Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB