“Azərbaycan qlobal tədbirlər üçün bütün təcrübələrə malikdir” - DEPUTAT DANIŞDI
“Ölkəmiz öz inkişaf mərhələsini uğurla davam etdirməkdədir və bu mərhələlərdən ən böyüyü ərazilərimizin düşmən tapdağından azad edilməsi, suverenliyimizin tam bərpa edilməsi oldu. Əvvəla bununla bütün dünya Azərbaycanın qüdrətini, Azərbaycan xalqının Ali Baş Komandan ətrafında sıx birləşməsini gördü. Digər tərəfdən post müharibə müharibə dövründə ölkəmizin bərpa-quruculuq işlərini sürətli və keyfiyyətli şəkildə həyata keçirməsinin şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, işğaldan azad edilən ərazilərimizdə ağıllı kənd və şəhər konsepsiyaları uğurla tətbiq edilir:
“Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi qlobal hadisələrə öz çevik, doğru mövqeyini bildirirərək, hərəkat üzvlərinin də mövqeyini müdafiə edir.
COP29-un Azərbaycanda keçirilməsinə razılıq verən bütün ölkələr Azərbaycanın indiyə qədər keçirdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu bilirdilər. Digər tərəfdən ölkəmizdə siyasi sabitliyin yüksək səviyyədə qorunduğu da dünya dövlətlərinə məlumdur. Bütün bunlar ölkəmizin bu cür mötəbər, dünyanın ən böyük tədbirlərindən birinin Bakıda keçirilməsinə zəmin yaratmış oldu. Bundan əvvəl də Azərbaycan yaşıl enerji ilə günəş enerjisinin inkişafına töhfə verən ölkə olaraq seçilirdi. Ümumiyyətlə, Avropa İttifaqı ilə müvafiq olaraq bağlanan müqavilə gələcəkdə digər dövlətlərin də enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.
COP29-un Azərbaycana həvalə olunması deməyə əsas verir ki, bu qlobal tədbir Bakı şəhərində keçirilməklə bütün dünyanın diqqətini noyabr ayında öz üzərinə cəlb edəcək. Ölkəmizə gələn qonaqlar bir daha şahid olacaqlar ki, Azərbaycan qlobal səviyyəli tədbirlərin həyata keçirilməsi üçün lazımi bütün təcrübələrə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB