Həştərxan vilayətinin qubernatorundan Prezidentə TƏBRİK

Həştərxan vilayətinin qubernatorundan Prezidentə TƏBRİK

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

SİA xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən bu vəzifəyə seçilməyiniz Azərbaycan xalqı arasında malik olduğunuz böyük nüfuzu tam şəkildə təsdiqləyir. Əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasının siyasi sabitliyinin qorunmasına və gələcək iqtisadi inkişafına töhfə verməkdə davam edəcəkdir.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını birləşdirən dostluq əlaqələrini yüksək qiymətləndirir, Sizə bizim regionla çoxplanlı qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, əmin-amanlıq və Azərbaycan Respublikası naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm".

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня