“Səsvermə zamanı heç bir qanun pozuntusuna rast gəlmədik” - Türkiyə parlamentinin deputatı

“Səsvermə zamanı heç bir qanun pozuntusuna rast gəlmədik” - Türkiyə parlamentinin deputatı

“Azərbaycanda seçimlər ilk olaraq konstitusiyaya uyğun qurulmuşdur. Bizim müşhidələrimiz həm Bakıda, həm də azad olunmuş bölgələrdə olub”. SİA xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin deputatı Osman Mesten prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bu seçimlərdə qadın və gənclərin daha çox səs verməsini müşahidə etdik: “Missiyamız seçimlərin düzgün yerinə yetirildiyini təsdiqləmişdir. Azərbaycanda keçirilən seçkilər hüquqi, şəffaf, ədalətli olaraq yerinə yetirilmişdir. Səsvermə zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Bizi dəvət etdikləri və bizə qarşı edilən qonaqpərvərliyə görə öz minnətdarlığımızı bildiririk. Bir daha Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik”

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə