“Keçirilən ən davamlı və şəffaf seçki idi”

“Keçirilən ən davamlı və şəffaf seçki idi”

MDB-nin müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

“İlk olaraq, sizləri peşəkar iş keçirdiyiniz üçün təbrik edirəm. Biz müşahidəçilər olaraq insanların düzgün qaydada səs verdiklərinin şahidi olduq”. SİA xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev Prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müşahidəçilərimiz bir neçə həftədi bu ölkədədir və səsvermədə iştirak edən insanların üzündəki gülümsəmə, sevinc bizi heyrətləndirib: “Azərbaycanda keçirilən seçkilərin rəqabəti təltifə layiqdir. Bundan əlavə olaraq qeyd etmək istəyirəm ki, namizədlərə öz mövqelərini göstərmək üçün onlara şans verilmişdir. 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar keçirilmiş prezident seçkilərində hər şey şəffaf, düzgün keçirilmişdir. Postsovet məkanında keçirilən ən davamlı və şəffaf seçki idi. Azərbaycanın daxili islərinə müdaxilə etməmiş daim yanınızda olmuşuq. Bu dostluqlar daim olacaq”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə