Yüksək seçici fəallığı Azərbaycanda milli vəhdətin təcəssümüdür - Sabir Şahtaxtı
Vətəndaşların böyük ruh yüksəkliyi ilə səsvermə məntəqələrinə axını xalqımızın tükənməz vətən sevgisinin tərənnümdür. 7 fevral 2024-cü il Azərbaycanda respublika quruluşlu 106 illik dövlətçilik tarixinin yeni dövrünün başlanğıcıdır. Qarşıdakı dövrdə Azərbaycan xalqı və dövləti bütün gücünü və enerjisi ilə mühüm strategiyaların icrasını həyata keçirəcək. Artıq işğal dövrü arxada qaldığı kimi işğalçı ilə mübarizənin də yeni dövrü və formulası başlanıb.
Bu fikirləri SİA-nın müxbirinə açıqlamasında seçici yazıçı-publisist Sabir Şahtaxtı ifadə edib. Səsvermə sırasına çatmaq üçün məntəqə qarşısında yarım saata yaxın növbə gözlədiyini diqqətə çatdıran tanınmış ziyalı deyib: “Yüksək seçici fəallığı Azərbaycanda milli vəhdətin təcəssümüdür. Vətəndaşların rahat şəkildə öz siyasi iradələrini nümayiş etdirmələri Azərbaycanda yüksək seçib-seçilmək mədəniyyətinin bariz nümunəsidir.
“Hansı namizədə səs vermisiz” - sualını cavablandıran yazıçı Sabir Şahtaxtı “Qarabağ Azərbaycandır!” cavabı ilə təbəssüm edərək deyib: Mən şərəf günündə öz səsimi məmnuniyyətlə Müzəffər namizədə vermişəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB