"Exit-poll-da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir" - "Rəy” Monitorinq Mərkəzi
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı exit-poll-da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir. SİA xəbər verir ki, həmin mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirir.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB