İlk dəfə səs verən seçici: “Böyük həvəslə seçdiyim namizədə İlham Əliyevə səs verdim” - FOTOLAR

İlk dəfə səs verən seçici: “Böyük həvəslə seçdiyim namizədə İlham Əliyevə səs verdim” - FOTOLAR

Bakı şəhər sakini Quliyev Yusif Bəhruz oğlu növbədənkənar prezident seçkiləri günündə ikiqat sevinc hissi yaşayıb. 18 yaşı tamam olan Yusif Quliyev sevinc hissini SİA ilə bölüşüb: “İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq. Böyük həvəslə seçdiyim namizədə İlham Əliyevə səs verdim. Bir gənc olaraq, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən böyük qürur hissi keçirirəm.

Ötən illərin hadisələri biz gənclərin həyatında çox yaddaqalan oldu. Və yaddaşımıza qırmızı sətirlərlə həkk olundu. 2020-ci ildə Vətən müharibəsində Zəfər qazanmağımız, bu Zəfərin əldə olunmasında gənclərin xüsusi rolu, Qarabağın azad edilməsində onların mübarizliyi Azərbaycan tarixinin qürur dolu səhifələrini təşkil edir.

Mən və ailəm təbii ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verdik. Xalqın lideri olaraq qarşıya qoyulmuş məqsədə çatmağa məhz İlham Əliyev nail oldu. 30 ildən sonra Azərbaycanın müstəqilliyini və suverenliyini təmin etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə